İcra məmurlarının səlahiyyəti artırılır - Silah tətbiq etmək hüququ verilir

29.06.2018 13:41     Sosreaksiya     860

Icra məmurlarının səlahiyyəti artırılaraq. Onlara  lazımi məqamda güc və silah tətbiq etmək hüququ verilir.

Bu məsələ “icra məmurları haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Məsələ Milli Məclsin iyunun 29-da  keçirilən növbədənkənar  sessiyasında müzakirəyə çıxarılıb.

Qanuna nəzərdə tutulan dəyişikliyə əsasən  İcra məmuruna icraata daxil olan  sənədlərə vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür;

üzərində probasiya nəzarəti həyata keçirən şəxslərə və onların nümayəndələrinə iş materialları ilə tanış olmağa imkan verir.

İcra məmurlarına hüquqlarına gəldikdə isə fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət qurumlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək, sorğular vermək, məlumat, arayış və izahatlar almaq;

-üzərində probasiya nəzarəti həyata keçirilən, lakin  olduğu yer müəyyən edilməyən şəxslərin axtarılması ilə əlaqədar onların yaşayış yerlərinə daxil olmaq, orada baxış keçirmək və ehtimal olunan gizlənə biləcəyi bütün saxlama yerlərini açmaq və baxmaq;

-polis və təhlükəsizlik orqanlarının köməyindən istifadə etmək;

 -qanunla nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə  və xidməti silah tətbiq etmək hüququ verilir.

 Qanun müzakirə olunaraq qəbul edilib.

Şərhlər