Xırdalan dairəsinə kimi yol bağlanacaq
02.07.2018 12:30 Sosreaksiya 790
Bir neçə yolda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Vaz dairəsindən Xırdalan dairəsinə kimi hər iki istiqamətdə (gediş-gəliş) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq
Bundan başqa, Bakı şəhəri, Binəqədi rayonu Hüseyin Seyidzadə küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Hər iki yolda görülən işlər axşam saatlarınadək davam etdiriləcək.
Şərhlər