Su olmayan yeri yaşayış ərazisi adlandırmaq çətindir - kənd sakinlərindən ölkə başçısına müraciət - VİDEO
11.07.2018 13:52 Sosreaksiya 982
Ölkəmizin günü- gündən inkişaf etməsinə baxmayaraq hələ də bəzi ərazilərdə insanlar su suzluqdan və yolların bərbad vəziyyətdə oolmasından əziyyət çəkir. Ölkə başçısı hər il demək olar ki, yolların çəkilişinə milyonlarla vəsait ayırır. Bununla belə yenə də görülməli işlər çoxdur. Reaksiya.az saytına daxil olan müraciət də bu səpkidə olan şikayətlərdəndir. Ucar rayonu Qazyan kənd sakinləri tərəfindən redaksiyamıza daxil olan müraciətdə deyilir.
"Biz Ucar rayonunun Qazyan kəndində Zərbəçi və Bilağani deyilən yaşayış ərazisinin sakinləriyik. Bizim yaşadığımız Zərbəçi və Bilağani deyilən yaşayış ərazisinin nə yolu, nədə ki, istifadə etməyə suyu yoxdur. Buna görə 95 ailənin, 300 nəfərdən çox insanın yaşadığı bu ərazidə hamımız əziyyət çəkirik. Zərbəçi və Bilağani deyilən yaşayış ərazinin yolunun ümumi uzunluğu 3 km-dir. Axırıncı dəfə həmin yol sovetlər dönəmində 1987-ci il tarixdə təmir edilib. Hazırda həmin yol tamamilə dağılıb yararsız vəziyyətə düşüb. Azyaşlılar məktəbə gedə bilmir, qoca, xəstə insanlar əziyyət çəkirlər. Hazırda Ucar rayonunun Qazyan kənd ərazisində bir neçə yaşayış massivinin yolunun təmiri başlayıb. Biz istəyirik ki, Qazyan kəndinin Zərbəçi və Bilağanı deyilən yaşayış ərazisinində yolu təmir edilsin.
Həmçinin Qazyan kəndinin Zərbəçi və Bilağanı deyilən yaşayış ərazisinə içməli və əkin suyu verilmir ki, buna görə təsərrüfatımız məhv olub, insanlar içməli suya görə əziyyət çəkirlər. Bu barədə Ucar rayon Suvarma Sistemləri İdarəsinə etdiyimiz şikayət yerində araşdırılsada heç bir tədbir görmədilər. Baxmayaraq ki, əkinimizi sulamaq üçün böyük bir çay bizim yaşadığımız ərazinin yaxınlığndan keçir, həmçinin artezan su boruları bizim yaşadığılmız əraziyə qədər çəkilmişdir. Yəni Qazyan kəndinin Zərbəçi və Bilağanı deyilən yaşayış ərazisində içməli suyun və əkin suyunun tətbiq edilməsi, çəkilməsi böyük xərc tələb etmir.Sadəcə olaraq məsul vəzifəli şəxslər bu işləri görmək istəmirlər.Qazyan bələdiyyəsi nədə ki, kənd icra nümayəndəliyi bu ciddi problemlərimizin aradan qaldırılması üçün heç bir tədbir görmək istəmirlər, müvafiq aidiyatı orqanların qarşısında məsələ qaldımaq istəmirlər.
İnsanların məskunlaşdığı hər bir yaşayış yerinə ilk olaraq yol və su çəkilməlidir.Bunlar olmayanda həmin yeri yaşayış ərazisi adlandırmaq çətindir. Hansı ki, bunların hər ikisi biz 95 ailənin yaşadığı Ucar rayonunun Qazyan kəndində yerləşən Zərbəçi və Bilağanı deyilən ərazisində yoxdur. Ağaclarımız, əkinlərimiz tamamilə quruyub məhv oub.Bizim yaşayışımızı gəlib gözləri ilə görənlər dəhşətə gəlirlər. Müasir dövürdə belə yaşayış massivinin olması biabırçılıq və qəbul edilməzdir.
Bütün bu çətinliklərə baxmayaraq biz bu müraciətimizi Prezident cənab İlham Əliyevə nikbin ruhda edirik. Çünki Prezidentimizə inanırıq.Ona görə ki, Azərbaycan Respublikasının vətəndaşlarının problemlərini yerində dərhal həll etməklə onların qayğısına qalır.Buna görədə Azərbaycan xalqı Sizi sevir, Sizi dəstəkləyir.
Hörmətli Prezident !
Sizdən xahiş edirik şikayət ərizəmizi bizim iştirakımızla yerində araşdırılıb qanunu tədbirlər görülməsi üçün Ucar rayonunun Qazyan kəndində nümayəndələrinizi göndərəsiniz ki, yazdıqlarımızı gəlib gözləri ilə görüb təcili tədbirlər görsünlər.Yolunuzu səbirsizliklə və böyük ümüdlərlə gözləyirik.
Rəsmiyyə Allahverdiyeva
Şərhlər