Artıq çəkidən necə qurtulaq? - Araşdırma

09.08.2015 15:28     Sosreaksiya     2476

İngiltərədəki Liverpul Universiteti alimlərinin apardığı yeni araşdırma nəticəsində müəyyən edilib ki, kilolu olduğunu eşitmək insanları stressə salır. Bu da artıq çəkili insanların kilo itirmələrinə deyil, əksinə daha çox kilo almalarına səbəb olur.  

 Birləşmiş Krallıq və ABŞ-da yaşayan 14 min adamı körpəliyindən 45 yaşına qədər nəzarətə alan tədqiqatçılar, "kilolu" kateqoriyasına daxil olanlardan birinin kilosu ilə bağlı fikir eşitdiyində stressə girdiyini və daha çox yemək yediyini müəyyən ediblər.

Ümumiyyətlə, artıq çəki zaman keçdikcə daha aktual problemə çevrilir, xəstəlik həddinə çatır. Və daha çox insan bu problemdən əziyyət çəkir. Artıq çəki problemi ilə kişilərə nisbətən daha çox qadınlar üzləşir. Daha doğrusu, qadınlar köklüyü daha çox dərd edir. Ötən əsrdə kilolu qadınlar gözəl hesab edilsə də, hazırda bu tendensiya dəbdə deyil.

Artıq çəkidən əziyyət çəkənlər müxtəlif yolla kilo verməyi sınaqdan keçirirlər. Kimisi dietanı, kimisi də idmanı seçir. Son zamanlar isə mədə kiçiltmə əməliyyatı ilə artıq çəkidən qurtulmağa çalışanların sayı artmaqdadır. Bu əməmliyyatlara ilk başda dünya ulduzları arasında rast gəlinsə də hazırda, onların sırasına sadə insanlar da qoşulmaqdadır.

Artıq çəkidən əziyyət çəkən insanların konservativ yolla (yəni əməliyyat etmədən) arıqlama ehtimalını araşdıran elmi işin nəticələri dərc edilib. Araşdırma Böyük Britaniyada elektron sağlamlıq kartları əsasında aparılıb. Araşdırmaya hər hansi bariatrik əməliyyat keçirmiş heç bir xəstə daxil edilməyib. Məlum olub ki, BKİ ( Çəki / boy m2 ) 30-35 olan kişilərin 240 nəfərdən yalniz 1- inin, qadınların 124 nəfərindən 1- inin normal çəkiyə qayıtma ehtimalı var. BKİ 40-45 olanlarda isə 1290 kişidən 1- i, 677 qadından 1- i əməliyyatsız sullarla arıqlaya bilər. 

Mütəxəssislər onu da bildirirlər ki, bütün bariatrik əməliyyatlar nəticədə, piylənmə adlandırdığımız bu xəstəliyin özünü deyil, meydana çıxan simptomları aradan qaldırır və heç şübhəsiz müvəqqəti xarakter daşıyır.

Yəni, bu əməliyyata qərar verən insanlar bilməlidir ki, 15% hallarda yenidən çəki yığa bilərlər. Onların qidaya münasibəti dəyişməzsə, bu bir neçə il davam edən normal çəki dövründə həyat tərzini dəyişməzsələr  çəkiləri yenidən artacaqdır.

Əməliyyat etdikdən sonra normal çəkiyə qayıdan xəstəyə təxminən 4- 5 il müddətinə kart-blanş verilir kı, təzə səhifədən necə yaşayacağını yazsın.

Bir araşdırma (müəllif --Massaçusest universiteyindən prof.Kay Tay Ph.D. in Neuroscience, Assistant Professor, Principal Investigator, Whitehead Professorship Chair, Picower Institute for Learning and Memory, Department of Brain and Cognitive Sciences, MIT) haqda məqalədə deyilir ki, insan beynindəki  lateral hipotalamusdan (insan beyninin acliğa, qidalanmaya, hemostaza nəzərət edən nahiyəsi) ötürülən siqnalları fokuslaşdırılmış ultra səs dalğaları və ya transkranial maqnit dalğaları vasitəsilə idarə etmək istəyirlər. Hansı ki, həmin siqnallar məsələn, biz soyuducuya tərəf getdiymizdə aktivləşir.

Bu araşdırma uğurlu olarsa piylənmənin müalicəsində inqilab sayılar. Ancaq hələ ki, mütəxəssislər çəki atmağın ancaq dieta, idman və bariatrik cərrahiyə yolu ilə mümkün olduğunu söyləyirlər. 

Şərhlər

Çox oxunanlar