Gəncə işi ilə bağlı yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı
14.07.2018 16:38 Sosreaksiya 1393
Musavat.com-a DİN mətbuat xidmətindən daxil olan məlumatlarda bildirilir ki, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib.
Əliyev Akif İsmayıl oğlu - 1966-cı ildə anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır.
Bundan başqa, 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib.
Əliyev Seymur Ceyhun oğlu – 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.
Həmçinin mətbuata bilə-bilə yalan məlumat yaymaqla suçlandırılan daha 2 saytın –“gununsesi.info” və “teref.info”-nun vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.
Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıblar.
Musavat.com -a göndərilən məlumatda daha sonra vurğulanır: "Azərbaycan Respublikasının Prezidenti yanında kecirilən müşavirədə qeyd etdiyi kimi, həmin hadisələrin törədilməsində əlaqəsi olan heç kəs məsuliyyətdən kənarda qalmayacaq, bütün təqsirli şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcəkdir".
Reaksiya.az
Şərhlər