Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilir - Gəncə olayları gündəmdə

14.07.2018 17:07     Sosreaksiya     1336

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir.

Reaksiya.az-ın məlumatına görə, iclasda DİN rəhbərliyi, kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar, Azərbaycanın bütün şəhər və rayon polis idarə, şöbə və bölmələrinin rəisləri iştirak edirlər.

İclasda 2018-ci ilin 6 ayı ərzində ölkədə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunur.

 

Reaksiya.az

Şərhlər