Gəncə hadisəsi ilə bağlı yeni həbs olanların - FOTOLAR

17.07.2018 20:20     Sosreaksiya     1500

2018-ci il iyulun 3-ü və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar iyulun 16-da daha 4 nəfər həbs edilib.

Hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya verilən məlumata görə, Gəncədə terror aktı, iğtişaşların planlaşdırılması və təşkil edilməsində ittiham edilərək həbs olunanlar Ceyhun Qurbanov, Vüqar Allahverdiyev, Ülvi Həsənov və Alim Yusifovdur.

Qurbanov Ceyhun Ələkbər oğlu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməkdə və onlar barədə məlumatları Yunis Səfərova çatdırmada təqsirləndirilir. C.Qurbanov Y.Səfərovun yaxın qohumudur.

Həbs edilmiş digər şəxslər isə iyulun 10-da Gəncə şəhərində baş vermiş hadisənin fəal iştirakçıları Allahverdiyev Vüqar Rauf oğlu, Həsənov Ülvi Saləddin oğlu və Şəmkir rayonundan kriminal yönümlü bir neçə şəxsin kütləvi iğtişaşda iştirak etmək üçün Gəncəyə aparılmasını təşkil etmiş Yusifov Alim Vahid oğludur.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Reaksiya.az

Şərhlər