Cavid Hüseynovun bibisi oğlu həbs olunmayıb - BŞBPİ

09.08.2015 20:11     Sosreaksiya     1602

Xəbər verdiyimiz kimi,  jurnalist Rasim Əliyev avqustun  8-i bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə bu gün səhər saatlarında dünyasını dəyişib. 

Cinayəkarın tapılması istiqamətində hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Məsələ ilə bağlı  Bakı şəhər Baş Polis İdarəsinin növbətçi hissənin əməkdaşı ‘Reaksiya’ya açıqlama verib: “Hələ ki araşdırmalar aparılır. Cinayətlə bağlı kiminsə saxlanıldığı barədə dəqiq məlumat yoxdur. Araşdırmalar bitdikdən sonra ictimaiyyətə geniş açıqlama veriləcək”

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı bəzi media qurumlarında xəbər yayılmışdı. 

Şərhlər

Çox oxunanlar