Bəxtiyar Hacıyevə qarşı təxribat - blogger KİV-lərə müraciət etdi

19.07.2018 18:26     Sosreaksiya     775

Tanınmış cəmiyyət mühəndislərindən biri, blogger Bəxtiyar Hacıyev şikayətçidir. Musavat.com xəbər verir ki, buna səbəb B. Hacıyevə qarşı baş verən virtual təxribatdır. Məsələnin mahiyyətini Bəxtiyar Hacıyevin Facebook sosial şəbəkəsi vasitəsi ilə ölkədəki KİV-lərə etdiyi müraciətdən anlamaq olur.

Bəxtiyar Hacıyev ölkə KİV-lərinə və ictimaiyyətə xitabən yazır ki, ABŞ-da qeydiyyatdan keçmiş virtual nömrələrdən kimlərsə müxtəlif qrupları (ayrı-ayrı xanımları, kriminal keçmişi olan insanları, dindarları, gəncəlilərı, sumqayıtlıları və polisləri) təhqir edir, hədələyirlər. Sonda isə bu hədə və təhqir mesajlarına onun (Bəxtiyar Hacıyevin) adını və nömrəsini yazırlar. Bəzilərinin ilk reaksiyası da B. Hacıyevi aramaq olur...

Blogger yazır ki, bu əməl telefon terrorudur. Bu da kibercinayətkarlıqdır: “Hər an bu SMS-lərin göndərildiyi adamlardan kimsə mənə qarşı təxribata uya bilər və ciddi nəticələri ola bilər”.

B. hacıyev yazır ki, dünən məsələ ilə bağlı DTX-da olub, onu qəbul edib, ekran görüntülərini istəyiblər. Daha sonra isə o, DİN-ə müraciət edib: “DİN-in poçt qutusuna rəsmi müraciətimi və faktları atıb, getdim Baş Prokurorluğa, orada da poçt qutusuna atmağımı istədilər”. Blogger DİN-də və Baş prokurorluqda kimsə ilə görüşə bilməməsindən də şikayət edir.

O, müraciətinin sonunda yazır: 

“Hər halda, bir vətəndaş kimi mən öz üzərimə düşəni etdim, addımlarımı atdım, elektron və çap şəklində müraciətlərimi etdim, əlimdə olan sübutları təqdim etdim. İndi top DİN, DTX və Baş Prokurorluqdadır”.

Musavat.com B. Hacıyevə gələn mesajların bəzilərinin görüntülərini təqdim edir.

99085972-55d2-4263-b341-49b1caebf38f.jpg (97 KB)

Reaksiya.az

Şərhlər