Türkiyə Səfiri: “Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr dünyanın heç bir millətlərində yoxdur”

21.07.2018 12:10     Sosreaksiya     753

“Azərbaycan ilə Türkiyə əlaqələr ən gözəl əlaqələrdir. Dünyanın heç bir yerində bu cür münasibətlər yoxdur”. Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün Bakıda keçirilən Beynəlxalq Forumda bildirib. Səfir hər iki dövlət arasındakı bağların çox güclü olduğunu qeyd edib:

“Doğrudur, eyni dildə danışan çoxlu sayda millətlər var. Lakin onların arasındakı münasibətlər “bir millət, iki dövlət” anlayışında deyil. Hətta eyni dldə danışan millətlər var ki, onlar bir-biriləri ilə müharibə aparır. Beləliklə dövlətlərimizin arasında bu güzəl əlaqələrin özəlliyini bilmək, öyrənmək, gələcək nəsillərə çatdırmaq lazımdır.

2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının, eyni zamanda o dönəmdə Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsinin 100 illiyidir. 1918-ci ildə AXC-ni quran aydınlar, şəxsiyyətlər 23 ay bu cümhuriyyəti itirdikdən sonra mühacirətə, digər ölkələrə gediblər. Onların ən çox üz tutduğu ölkə Türkiyə dövləti olub

Azərbaycan və Türkiyə arasında gerçək əlaqələr, bu durumu Türkiyəyə anlatmaq üçün burada iştirak edən qonaqların üzərinə düşür. Bu məsuliyyəti ən yaxşı formada yerinə yetiriləcəyinə inanıram”.

Səfir bu günlərdə Gəncə baş verən olaylardan da söz açıb:

“Gəncədə olan terroru qətiyyətlə pisləyirəm. Olayda şəhid olan iki polisə isə Allahdan rəhmət diləyir, ailələrinə, o cümlədən də Azərbaycan xalqına başsağlığı diləyirəm”.

Reaksiya.az

Şərhlər