Ekspert rus silahlarının Ermənistana göndərilməsi barədə: - Bu, metallomdur

23.07.2018 15:46     Sosreaksiya     809

Ermənistan hökumətinin başında müalicə edilməz bir xəstəlik var - ucuz populizm. Gah baş nazir oğlunu Qarabağda xidmət keçməyə göndərir, gah hərbi xarakterli mövzularda məntiqsiz bəyanatlar səsləndirir.

İndi onlar yüksək səslə deyirlər ki, Rusiya-Ermənistan kredit sazişinə uyğun olaraq Ermənistana 200 milyon dollarlıq silahın verilməsi tamamilə başa çatıb.

Bu fikirləri Oxu.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, bu məsələni başa düşmək üçün razılaşmanın hansı şərtlər altında imzalanmasını bilmək vacibdir:

“Rusiya bu müqavilənin Şoyqunun rus ordusunun müasir silahlarla təmin olunması bəyanatından sonra imzalayıb. Təbii ki, bütün silahlar köhnə, istifadə müddətini başa vurmuşdur”, - hərbi ekspert bildirib. 

Ehtiyatda olan polkovnik əlavə edib ki, o zaman rus ekspertlər Rusiyanın hərbi parklarındakı köhnəlmiş silahlardan azad olmaqla bağlı fikirlər səsləndirirdilər. Bu cür köhnə silahlara ehtiyacı olan ölkə tapmaq lazım idi. 

Niyə Ermənistan?

Müsahibimiz bildirib ki, Ermənistan borcunu ödəyə bilməyən ölkədir, erməni mətbuatı yazıb ki, yuxarıdakı müqaviləyə əsasən, 200 milyon dollar həcmində kreditin ödənilməsində müəyyən gecikmələr mövcuddur.

“Moskva “paslı metallardan” canını qurtardı, Ermənistan isə bu köhnəlmiş silahlara sahib çıxan tərəf oldu”, - hərbi ekspert əlavə edib. 

O deyib ki, Ermənistan müdafiə naziri David Tonoyanın bu məsələ ilə bağlı bəyanatı gülünc görünür.

“Məsələ ilə bağlı danışan erməni nazir bildirib ki, bu silahlar moderndir və hətta Rusiya silahlanmasında da yoxdur”, - azərbaycanlı hərbi ekspert qeyd edib. 

Müsahib xatırladıb ki, Azərbaycan ordusunun büdcəsi Ermənistanın ümumi büdcəsi qədərdir. 

“Təbii ki, Ermənistan bu köhnə silahlara da sevinir. Necə deyirlər, bəy verən atın dişinə baxmazlar. Amma bu, Yerevanın Bakı ilə silahlanma yarışına qoşulması demək deyil. Erməni hərbi rəhbərliyinin populist ifadələrində məntiq yoxdur.

Ölkə öz ordusunda olmayan silahları başqa ölkələrə necə sata bilər? Burada bir cavab var – bu silahlar texniki sınaqdan keçməyib və silahlanmaya daxil edilməyib”, - Ramaldanov qeyd edib.

Reaksiya.az

Şərhlər