Bakıda azyaşlı xilas edildi

10.08.2015 04:17     Sosreaksiya     1385

Bakıda azyaşlı köməksiz vəziyyətdən xilas edilib.

Reaksiya.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açaraq uşağı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Çox oxunanlar