Konsert faciə ilə nəticələndi
10.08.2015 04:42 Sosreaksiya 1598

Özbəkistanda konsert zamanı körpünün uçması nəticəsində 15 nəfər həyatını itirib.
Reaksiya.az xəbər verir ki, əyləncə parkında konsert zamanı körpünün uçması nəticəsində 15 nəfər həyatını itirib. Özbəkistanın Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləsə də, həlak olanlar barəsində məlumat verməyib.
Faciə Özbəkistanın Xarəzm bölgəsinin Ugrenc şəhərində baş verib. Gölün mərkəzində yaradılan süni adada tanınmış müğənni Novruz Sabirovun konsertinə gəlmiş minlərlə gənc adaya gedən körpüyə çıxıb. Körpünün dayaqları kütləyə tab gətirməyib və uçub. Nəticədə insanlar gölə tökülüb.
Qeyd edək ki, hökumət faciədə zərər çəkənlərə və ölənlərin ailələrinə kömək göstərmək üçün komissiya yaradıb.
Şərhlər