“Nə qədər ki, Bakıya tolerantlıq adı ilə erməniləri gətirəcəklər şəhidlər xiyabanı nəyə lazımdır?” - ZAUR ƏLİYEV
27.07.2018 21:44 Sosreaksiya 1078
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev özünün dünən “feysbuk” səhfəsində “Şəhidlər Xiyabanın ləğv etmək lazımdır” yazdığı statusuna yeni statusla aydınlıq gətirib.
“Şəhidlər Xiyabanın ləğv edilməsi ilə bağlı ermənipərəst məmurlara və şəxslərə “paz” olan statusumu səhv başa düşən yazıq insanlarımız da var.Tarixə baxsalar görərlər ki, vaxtilə cümhuriyyət dövründə və ondan qabaq şəhidlərin dəfn edildiyi parkı Kirov parkı edən qüvvələr eyni şeyi təkrar etməsinlər deyə xəbərdarlıq etdim deyə statusu tərsinə başa düşənlərə nə deyim?
Nə qədər ki, Bakıya tolerantlıq adı ilə erməniləri gətirəcəklər şəhidlər xiyabanı nəyə lazımdır? Bu millətin hisslərini, tarixini saya saymayanlar olduqca xiyaban nəyə lazımdır?
Vətən nəyə lazımdır ki, qatil xalqı başımız üstə çxardırlar?
Bizi bir xalq olaraq heç sayanlar başımız üstə olduqca dəyərlərimiz nəyə lazımdır????”.
“Bu kişilərin dəfn edildiyi yerdən “Jara”nın səsləri gəlir. Erməni Zaranın iştirak etdiyi konsert proqramı keçirilir. Konsertə sözüm yoxdur, amma Zara oxuyanda bu şəhdlərimizə ayıb olmayacaq?
Bu kişilər bunun üçünmü burda yatırlar? Bu kişilər Zaralar, anuşlar, samvellər Bakıya rahat gəlib getsinlər deyəmi canlarından keçiblər.
Zaraya veriləcək məbləğ bu kişilərin beş yüzünün ailəsinə verilən aylıq müavinətdən belə çoxdur. Nəyə görə bunları qırğına verirdilər? Yazıq deyillimi ailələr. Balalar. Bu kişilərin ruhlarından utanmayasız? Ay erməni əsilli şəxslər.
Ləğv edin buranı, qoyun bu kişilər utanmasınlar bizdən. Bizim acizlik və çarəsizlikiyimizdən xəcalət çəkməsinlər…biz onsuz da diri ölüyük, heç olmasa əsl ölüləri də urvatsız etməyin. Onların üzünə baxmaq olmur. Şəhidlərimizin yanında biz daha heç kimik…heç kim….
Şərhlər