Qardaşının ölüm xəbərini aldı, amma morqda elə bir şeylə qarşılaşdı ki... - AĞLAGƏLMƏZ OLAY

31.07.2018 13:30     Sosreaksiya     788

Misirdə paytaxt Qahirənin xəstəxanalarından birində vəfat edən kişinin gözləri oğurlanıb.

Bu haqda mərhumun qardaşı bildirib.

“Səhər saatlarında xəstəxananın rəhbərliyi qardaşımın ölümünü xəbər verdi. Morqa gedərək cəsədi təhvil alanda qardaşımın  gözlərinin çıxarıldığını gördük”, - Abduttavab adlı misirli deyib.

Onun sözlərinə görə, xəstəxananın işçiləri hadisənin necə baş verdiyinə dair məlumatlarının olmadığını söyləyirlər. Misirli xəstəxana rəhbərliyindən hadisə ilə bağlı polisə şikayət edib.

Reaksiya.az

Şərhlər