Azərbaycanlı jurnalistin Afrikada öldürülməsinin dəhşətli təfərrüatı
01.08.2018 12:49 Sosreaksiya 720
Məlumata görə, cinayətkarlar çalmada olub və yalnız ərəbcə danışıblar
Mərkəzi Afrika Respublikasında (MAR) sənədli film çəkən rusiyalı jurnalistlərə on nəfər hücum edib. Reaksiiya.az-ın məlumatına görə, bu barədə "RİA Novosti" "Radio Ndeke Luka"-ya istinadən xəbər verir.
Radiostansiyanın məlumatına görə, Orxan Camal, Aleksandr Rastorquyeva və Kiril Rodçenkaya Sibuta yaxınlığında axşam saat 6 radələrində hücum edilib. "Təhlükəsizlik qüvvələrinin nümayəndələri gecə düşdüyündən onlardan şəhəri tərk etməməyi istəyib. Lakin onlar fikirlərindən dönməyib və şəhəri tərk ediblər" — deyə yerli məmur Marselin Yoyo bildirib.
Onun sözlərinə görə, cinayətkarlar çalmada olub və yalnız ərəbcə danışıblar.
MAR-da vəziyyətin sabitləşməsi üzrə BMT missiyasından bildirilib ki, öldürülən rusiyalı jurnalistlərin cəsədləri Sibutadan 33 kilometr şimalda tapılıb. Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi başladıb və cinayətin araşdırılmasında MAR-dan olan həmkarlarına kömək etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında, əslən azərbaycanlı olan Rusiya jurnalisti Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyev öldürülüb. Bu şəxslər həmin ölkədə qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkirmişlər. Məlumatlara əsasən, rusiyalıları blokpostda saxlayıblar və daha sonra onların ölüm xəbəri gəlib.
Onu da diqqətə çatdıraq ki, 52 yaşlı Orxan Camal tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğludur. Heydər Camal özü 2016-cı ildə vəfat edib.
Şərhlər