Stiv Cobsun uşaqları niyə İpaddan istifadə etməyib?

10.08.2015 07:57     Sosreaksiya     2219

Nik Bilton Nyu-York Taymsda paylaşdığı yazıda Stiv Cobsa “ Yəqin ki, uşaqlarınız İpada heyrandır?” deyə sual verir. Cobs isə cavabında “ Uşaqlarım İpaddan istifadə etmir. Onlara evdə nə qədər texnologiya istifadə edəcəkləri ilə bağlı limit qoymuşuq” deyir.

 Xüsusilə mühəndislər və texnologiya idarəçiləri uşaqlarını texnologiyanın zərərlərindən qorumağa daha çox diqqət ayırırlar. Hətta övladlarını texnologiya istifadə olunmayan məktəblərə göndərirlər.

3D Robotikin rəhbəri və 5 uşaq atası Kris Anderson uşaqları texnologiyanın zərərlərindən qorumağı belə izah edir: “ Uşaqlarım dostlarının heç birində belə qadağaların olmadığını deyərək məni və həyat yoldaşımı çox narahat və sıxıcı olmaqda ittiham edirlər. İlk səbəb texnologiyanın zərərlərini özümüzün hiss etməyimizdir ki, uşaqlarımızda bu mənfilikləri görmək istəmirik. Həmçinin uşaqlarda texnologiya asılılığı yarandıqda xəyal, yaradıcılıq və maraq çatışmazlığı əmələ gəlir. Fikrimcə Stiv də buna görə övladlarını texnologiyadan kənar tutur.”

 

 

Şərhlər

Çox oxunanlar