Qonşusunu döyüb öldürənin şikayəti rədd edildi
02.08.2018 13:24 Sosreaksiya 760
Qonşusunu döyüb öldürən şəxs aldığı cəzadan narazı qalıb.
Qətl törətməkdə təqsirləndirilən Şöhrət Qədimov aldığı cəzadan apellyasiya şikayəti verib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baxılıb. Prosesdə qərar elan edilib. Qərara əsasən, Ş.Məmmədovun cəzanın yüngülləşdirilməsi barədə şikayəti rədd edilib, hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Xatırladaq ki, Ş.Qədimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən il Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib.
Quşçuluq sovxozunda yaşayan 30 yaşlı Qədimov Şöhrət Zülfani oğlu qonşusu Şeydə Məmmədovu döyüb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Ş.Qədimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) və 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham olunur.
Şərhlər