Türkiyəli hərbi qulluqçular ailə üzvləri ilə birlikdə Azərbaycanda səfərdədir

03.08.2018 12:17     Sosreaksiya     753

Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı razılığa əsasən qardaş ölkənin bir qrup hərbi qulluqçusu və onların ailə üzvləri ölkəmizdə səfərə gəlib.
Reaskiya.az bildirir ki, hərbi qulluqçuların, mülki işçilərin və onların ailələrinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud olan qədim dostluğun, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Proqrama uyğun olaraq qonaqların Bakı, Gəncə, Şəmkir və Şəki şəhərlərinə  ekskursiyası təşkil edilib. Türkiyəli heyət ölkəmizin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, adət-ənənəsi ilə yaxından  tanış olub, mətbəximizə məxsus yemək və şirniyyatlardan dadıblar.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar