BAYAT elinin igidləri tarixə yazılacaq

03.05.2018 17:42     Sosreaksiya     984

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi I qrant müsabiqəsində qaliblərdən biridə VUŞAMQİB-dir. “BAYAT elinin igidləri  şəhidlər haqda Filminin çəkilməsi” adlı layihənin əsas məqsədi vətənpərvərlik hisslərinin artırılması  və şəhidlərimizin tanıdılmasıdır. Gələcək nəslin vətənpərvərlik ruhunda böyüdülməsinə çalışmaq əsas vəzifəmizdir. Azərbaycan ərazilərinin düşməndən qorunması üçün müharibəyə könüllü  yollanmış, və şəhid olmuş oğullarımızın unudulması faciədir. Elə buna görədə Bayat elinin igidləri adlı filmdə bir elin 6 şəhidi haqda film çəkilməsi nəzərədə tutulur.

 

  1. 1974 ci ildə Ağcabədi rayonu, Hacılar kəndində doğulmuş, Rüstəmov Elşən Fəqan oğlu 1993-cü ildə Füzuli rayonu  ərazisində Daşburun kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

  2. Ağcabədi rayonu, Boyat kəndində 1975 doğulmuş və 1994 fevral ayının 14  ci ildə şəhid olmuş Əliyev Hikmət Camal oğlu. Füzuli Əbdulrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub Boyad kənd Tam orta məktəbi şəhid Əliyev Hikmət Camal oğlunun adını daşıyır

  3. Abbasov Sahib Həsən oğlu 1960 –cı ildə Ağcabədi rayonun Boyad kəndində anadan olub. 1994-cü ildə Ağdamın Pirəbulaq kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

  4. Ağayev Yalçın Rafiq oğlu 1973-cü ildə Cəbrayıl rayonunda anadan olub məcburi köçkündür. 1993-cü ildə Ağdam rayonun Qalayçılar kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

  5. Qaraxanlı kəndi şəhid  Sadıqov Ramin Xəlil oğlu 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub.

  6. 1970 –ci ildə Ağcabədi  rayonun Boyad kəndində anadan olmuş  Kərimov Fəzail Kərim oğlu

 

   “BAYAT  elin igidləri” şəhidlər haqda filminin şəkilməsi adlı   layihənin icrasının gənclərin vətənpərvərlik ruhunda tərbiyyə edilməsinə yüksək səviyyədə təsirinin olacağını bilirik. Eyni zamanda şəhid analarının vətən yolunda qurban verdikləri övladlarına verilən qiymətdən gəncliyimizə böyük  təsiri olacaq. Layihənin icrası işğal altında qalan Azərbaycan torpaqlarının azad edilməsi yolunda gənclərin döyüş hazırlığı üçün bir məktəb rolunu oynayacaq.

Layihə rəhbəri Zərifə Əsgərova

Reaksiya.az

Şərhlər

Çox oxunanlar