Yaşayış binasında yanğın oldu
10.08.2015 11:00 Sosreaksiya 1978

.
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
"Reaksiya.az" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik naqilləri 51 p.m yanıb.
Yanğın nəticəsində binadan 20 nəfər təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub, yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər