Bərdədə 78 yaşlı qadın intihar etdi
13.08.2018 15:11 Sosreaksiya 809
Bərdə rayonunda 78 yaşlı qadın intihar edib.
Reaksiya.az Report-a istinadən bildirir ki, hadisə rayonun Gərənə kəndi ərazisində yerləşən məcburi köçkün şəhərciyində baş verib.
Belə ki, Xocalı rayonundan olan məcburi köçkün, 1940-cı il təvəllüdlü Məmləkət Fərman qızı Ramazanova özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.
Qadının nevroloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Şərhlər