"Qadınların açıq-saçıq geyimdə efirə çıxması haramdır"

10.08.2015 12:28     Sosreaksiya     1662

İŞİD Suriyanın şimalında yerləşən Rakka şəhərində yerli sakinlərə ağlasığmaz qadağalar qoymağa davam edir.  Terror təşkilatının nəzarətində olan bu şəhərdə bundan sonra heç kim televizora baxa bilməz. Yerli сamaat televizorlarını yalnız сümə günləri, “Quran”ı dinləmək üçün aça bilərlər.

Məsələ ilə bağlı ilahiyyatçı alim Əkrəm Həsənov “Reaksiya”ya açıqlama verib. O bildirib ki, bu məsələnin İslam dini ilə heç bir əlaqəsi yoxdur: “Ümumiyyətlə İŞİD terror təşkilatı İslam dininin adından istifadə edir. Televiziyaya olan münasibətlə bağlı isə şəriətdə heç bir qadağan yoxdur. Amma qadınların açıq-saçıq vəziyyətdə efirə çıxması haram hesab olunur. Kişilər və qadınların birlikdə olması İslama zidd məsələdir”.

İlahiyyatçı müasir dövrdə müsəlman ölkələrində televiziyalardan dini mövzularda insanları maarifləndirmək üçün istifadə edildiyini bildirib: “Müsəlman ölkələrində də televiziyalar fəaliyyət göstərir. Hətta, islam alimləri efir vasitəsilə insanların şəriətlə bağlı suallarını cavablandırdığı verilişlər də mövcuddur. Beləliklə, insanlar bilmədiklərini öyrənir, maariflənirlər. Lakin bayağı verilişlər, müğənnilərin oxumağı, qadın və kişilərin efirdə bir yerdə açıq-saçıq olmaları  kimi hallar isə islama tamamilə ziddir”.  

Şərhlər