Səhiyyə Nazirliyindən kütləvi zəhərlənmə ilə bağlı açıqlama

10.08.2015 11:51     Sosreaksiya     1555

Xəbər verildiyi kimi, dünən Bakının Binəqədi rayonu ərazisində yerləşən “Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində kütləvi zəhərlənmə qeydə alınıb. Zəhərlənmə zamanı 15-i uşaq olmaqla 77 nəfər xəstəxanalıq olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Reaksiya.az-a açıqlamasında hadisədə zərər çəkmişlər ilə bağlı təfərruatlı məlumat verdi: “Baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən (15-I uşaq olmaqla), tibbi yardım almaq üçün tibb müəssisələrinə müraciət ediblər. Müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər. Onlara müvafiq tibbi yardım göstərilib. Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir. Xəstələrin hər birinə bütün zəruri tibbi yardım göstərilir, profilaktik tədbirlər görülür. Xəstələrdən laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı”nın səbəb olduğu ehtimal olunur. Hadisənin araşdırılması davam edir”. 

Şərhlər

Çox oxunanlar