Azərbaycanlı məhbuslar İstanbulda erməni rəisə görə - aclıq aksiyasına başladı
18.08.2018 17:48 Sosreaksiya 800
İstanbulun Maltəpə həbsxanasında saxlanılan azərbaycanlıların kütləvi aclıq akiyası başlayıb.
Reaksiya.az xəbər verir ki, bu barədə virtualaz.org-a həmin həbsxanada olan məhbus Nərahim Nəzərov məlumat verib.
Məlumata görə, aclıq aksiyasına 47 azərbaycanlı qoşulub. Məhbuslar onları etnik zəmində sıxışdıran erməniəsilli şəxsin həbsxana rəisi təyin edilməsindən narazıdırlar.
Faktla bağlı Azərbaycanın İstanbuldakı Baş konsulluğuna müraciət edilib. Araşdırmanın nəticəsi gözlənilir.
Şərhlər