14 yaşlı qızını qardaşı oğluna satdı..
18.08.2018 19:03 Sosreaksiya 920
Sərhəddən qanunsuz olaraq Türkiyəyə keçən iranlı ailə 14 yaşındakı qızını əmisi oğluna satarkən tutuldu.
Musavat.com xəbər verir ki, əfqan əsilli Hancan Rəsuli və imam nikahında olduğu həyat yoldaşı Məryəm Rəsuli iki il əvvəl 3 uşağı ilə birgə qanunsuz yollarla İrandan Türkiyəyə keçib. Zeytunburnuda yaşayan ailə dolanmaq üçün tapdıqları hər işdə işləyirdilər.
Ata Hancan 14 yaşlı qızına baxmaqda çətinlik çəkdiyi üçün onu evləndirmək qərarına gəlir. Bunun üçün 14 yaşlı qızını 25 yaşlı əmisi oğluna 8 min dollara satır. Ana Məryəm Rəsuli isə bundan bir müddət sonra xəbər tutaraq, həyat yoldaşına etiraz edir. Lakin Hancan Rəsuli onu da, qızını da döyür. Məryəm xanım isə bu evliliyə mane olmaq üçün polisə ərindən şikayət edir.
“İstəmədiyimi dediyim zaman məni döydü”
14 yaşlı qız polisə “atam məni zorla əmim oğlu ilə evləndirmək istəyir. Etiraz edəndə isə bizi döyür. Bir dəfə ailəm evdə olmayanda o oğlan mənə təcavüz də edib. Atamdan və ondan şikayətçiyəm”-deyə bildirib.
“Mədəniyyətimizdə başlıq pulu var”
14 yaşlı qıza təcavüz etdiyi iddia olunan Bahrəddin Rəsuli 2 min liraya Konyada çobanlıq etdiyi, aradabir qohumlarını görməküçün İstanbula gəldiyini bildirərək deyib: “Mədəniyyətimizdə başlıq pulu anlayışı var. Əmim Hancan Rəsuli “4 min dollar mənə ver, evləndikdən sonra 4 min dollara qızıma qızıl alarsan”- dedi və mən də razılaşdım” . O, təcavüz iddiasını inkar edib.
Ata Hancan Rəsuli isə qızını zorla evləndirmədiyini, ondan razılıq aldığını qeyd etdi. “Hansı ata qızına belə bir şey edər, arvadımın və qızımın dedikləri ilə razı deyiləm. Təcavüz məsələsinə də inanmıram. Qızımın bədənindəki göylüyü də özünün etdiyini düşünürəm. Təcavüz iddiasını doğrulamaq üçün belə edib”– deyərək, özünün məsum olduğuna polisləri inandırmağa çalışıb. Lakin Həm Hancan Rəsuli, həm də Bahrəddin Rəsuli polis tərəfindən həbs olunub.
Şərhlər