Türkiyə daha 4 şəhid verdi - VİDEO

10.08.2015 14:41     Sosreaksiya     1861

Şırnakın Başak məhəlləsinə gedən polis maşınına PKK-ın təşkil etdiyi hücumda 4 xüsusi təyinatlı polis şəhid olub.

Reaksiya.az xəbər verir ki, hadisəni PKK-ın Vətənpərvər İnqilabçı Gənclər Hərəkatının (YDG-H) üzvləri törədib.

Onlar təhlükəsizlik qüvvələrinin girişini əngəlləmək üçün polislərə atəş açıb. Nəticədə polis məmuru Muhammet Onur Demir, Hamdi Ulaş, Kamuran Bilin və Hıdır Tamboğa dünyasını dəyişib.

Hücumdan sonra polis dəstələri terrorçuların yaxalanması üçün məhəllədə geniş miqyaslı əməliyyata başlayıb. Məhəllədən silah səsləri gəldiyi deyilir.

 

 

Şərhlər