9 ay ərzində qırmızı ƏTDƏN imtina edən insanın bədənində hansı dəyişikliklər baş verdi?

24.08.2018 13:45     Sosreaksiya     1079

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qız bu müddət ərzində səhhətində baş verən dəyişikliklərdən danışıb. Lenanın sözlərinə görə, o, əti sevmədiyi üçün günlərin bir günü vegetarian olmağa qərar verib və 9 ay ərzində qırmızı ət yeməyib.

Yuxu problemləri yaşayan Lena ətdən imtina etdikdən sonra bu məsələnin düzələcəyini zənn edib, təəssüf ki, gözləntiləri puça çıxırb. Qız bildirib ki, səhərlər zombi kimi oyanıb.

Lena qırmızı ətdən imtina etdikdən sonra ürək döyüntü ritmlərinin artdığını və addımlarının ləngidiyini deyib. Yarışlara qatılan və qaçışlarda birincilik qazanan Lena bu təcrübəsi müddətində qaçarkən daha çox təngənəfəs olduğunu, az qalsın huşunu itirdiyini və bir çox yarışı yarımçıq qoyduğunu söyləyib.

Daha sağlam olmaq və arıqlamaq üçün qırmızı ətdən imtina etdiyini deyən Lena səhhətində bir sıra problemlər yarandığından dolayı həkimə gedib. Aparılan tədqiqatlardan sonra məlum olub ki, qız dəmir çatışmazlığından və qan azlığından əziyyət çəkir. Test nəticələrində qanı çox aşağı olduğu öyrənilən qız əvvəlcə həblərlə müalicə alıb, sonra isə yenidən ət yeməyə başlayıb.

O, 9 aylıq təcrübəsi haqqında bunları deyib:

"9 ay ərzində bədənimdən heç bir zaman pis qoxu əmələ gəlmədi. Hər hansı bir dezodorant istifadə etməyə ehtiyac qalmadı. Əti əvəz edən inanılmaz ləzzətli alternativlər və qidalar tapdım, tərəvəz yeməklərindən də eyni dadı almaq olar. Lakin ətsiz qidalanmaq heç də ucuz deyilmiş. Vegetarian restoranlara çox pul ödədim, həm də səhhətim pisləşdi".

Reaksiya.az

Şərhlər