Qasırğa bu ölkəni viran qoydu - 21 nəfər öldü

10.08.2015 16:09     Sosreaksiya     1319

Çində baş verən Souldelor qasırğası xeyli sayda insanın ölümünə səbəb olub.   

“Reaksiya” xəbər verir ki, saatda 173 kilometr sürətlə hərəkət edən Soudelor qasırğasının yaratdığı sel və sürüşmə nəticəsində 21 nəfər həyatını itirib, 5 nəfər isə itkin düşüb.

Çinin Mülki İşlər Nazirliyinin internet saytında verilən açıqlamada qasırğa nəticəsində  Zhejian bölgəsində 14 nəfərin öldüyü, 4 nəfərin itkin olduğu, Fujian bölgəsində 3 nəfərin həyatını itirdiyi, 1 nəfərin itkin olduğu, Anhui bölgəsində isə 4 nəfərin öldüyü bildirilib.

Qeyd edək ki, daha əvvəl də Tayvanı vuranqasırğa nəticəsində 7 nəfər həyatını itirmiş, 5 nəfər itkin düşmüş və 400 nəfərdən çox vətəndaş isə yaralanmışdı.

Şərhlər

Çox oxunanlar