Azərbaycanla bağlı silsilə verilişlərə start verildi

10.08.2015 16:07     Sosreaksiya     1680

Rusiya Federasiyasının Amur vilayətinin yerli televiziyasında Azərbaycanla bağlı silsilə verilişlərə start verilib.

Rusiyada “Araz” Azərbaycan Milli Mədəni İcmasının sədri Məhəmməd Əsgərov APA-ya bildirib ki, artıq ilk veriliş yayımlanıb. Bununla bağlı televiziyanın çəkiliş qrupunun diasporun dəstəyi ilə iyun ayında Azərbaycanda səfərdə olduğunu və ölkənin tarixi, mədəni və turistik yerlərində çəkiliş apardığını deyən M. Əsgərov bildirib ki, ilk veriliş Bakı-2015 I Avropa Oyunları ilə bağlı olub.

Verilişdə oyunların keçirilməsindən, dünyanın bu oyunlara marağından və Azərbaycanın yüksək təşkilatçılığından bəhs edilib. Növbəti verilişlər isə Azərbaycanın turizm bölgələri, mədəni və tarixi məkanları ilə bağlı olacaq.

 https://www.youtube.com/watch?v=XxJ7692aOWY

Şərhlər

Çox oxunanlar