Ov etmək istəyənləri park işçiləri “ovladı”

04.09.2018 15:49     Sosreaksiya     752

Şahdağ Milli Parkının Qəbələ bölməsi ərazisinə ov etmək məqsədilə daxil olan iki nəfər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, qanunsuz ov cəhdinin qarşısı alınıb.

Ov etmək üçün parka girən şəxslər parkın əməkdaşları tərəfindən saxlanılıb və onlardan 2 ov tüfəngi və 15 ədəd güllə götürülüb.

Araşdırma zamanı qanun pozucularının Qəbələ rayon Abrıx kənd sakinləri Mahir Aşurov və Rafiq Abdullayev olduğu müəyyən edilib.

Faktla bağlı qanun pozucuları barəsində akt və protokol tərtib edilib və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.(axar)

Reaksiya.az

Şərhlər