Sabah bu rayonlarda qaz olmayacaq
10.08.2015 17:05 Sosreaksiya 1917

Sabah Hacıqabulun və Şamaxının bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq
Avqustun 11-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Çuxuryurd” Qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.
Təmir müddətində Şamaxı rayonunun Çuxuryurd və Sabir qəsəbələrinin, eləcə də rayonun Çaylı, Həmyə, Əcəxuram, Məlhəm, Nəsimi, Nağaraxana, Y. Məmmədəliyev, Cabanı və Cabanı-2 kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Şərhlər