“Qəbələ”dən növbəti açıqlama

10.08.2015 17:39     Sosreaksiya     2474

“Qəbələ” futbol klubu jurnalist Rasim Əliyevin öldürülməsinə görə şübhəli şəxs qismində saxlanılan Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılovla bağlı açıqlama yayıb.

"Reaksiya" bəyənatı təqdim edir:

 

“Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılovun "Qəbələ"nin əvəzedici komandasının üzvü olduğu bildirilir. Diqqətinizə çatdırırıq ki, 2013-cü ilin iyul ayının 20-si perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunan İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olub, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb".

 

Xatırladaq ki, həmin zaman Cavid Hüseynov "Qəbələ"də çıxış etmirdi.

 

Şərhlər

Çox oxunanlar