Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən iclasın vaxtı dəyişdirilib
13.09.2018 15:07 Sosreaksiya 883
Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclas sentyabrın 20-də deyil, 21-də keçiriləcək.
Bu barədə “Report”a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
O bildirib ki, iclasla bağlı hazırlıq işləri davam edir: “Tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb”.
Onun sözlərinə görə, yubiley tədbirinə 150 ölkənin parlamentlərinin nümayəndə heyəti qatılacaq: “Təntənəli iclasda iştirak üçün bu ölkələrdən 14-nün parlament sədri Bakıya gələcək, 13 ölkə sədr müavinləri, 11 ölkə parlamentlərarası işçi qrupları səviyyəsində təmsil olunacaq”.
O qeyd edib ki, tədbirdə 10-a yaxın beynəlxalq təşkilatın nümayəndə heyəti də iştirak edəcək. Ümumilikdə, 40-a yaxın ölkənin nümayəndəsi yubiley tədbirinə qatılacaq.
A.Təvəkküloğlu təntənəli yubiley tədbirinin Milli Məclisin inzibati binasında keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Şərhlər