DƏHŞƏTLİ OLAY: 21 yaşlı oğlanın qulağını kəsdilər
14.09.2018 12:31 Sosreaksiya 751
Tovuz rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az xəbər verir ki, Alakol kəndində “Abidə” adlanan ərazidəki kafenin qarşısında kənd sakini, 42 yaşlı Azər Məmmədovla 21 yaşlı Elşən Ələsgərovun müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnən hadisə mübahisə zəminində baş verib.
Belə ki, Şəmkirdən həmin kəndə köçən E.Ələsgərov yerli sakinlərin onu ələ salmasına dözməyərək mübahisə edib. Mübahisə zəminində A.Məmmədov Elşəni döyüb, həmçinin bıçaqla qulağının bir hissəsini kəsib. Buna dözməyən E.Ələsgərov evə qaçaraq bıçaq gətirib və qulağını kəsən şəxsə çoxsaylı zərbələr endirib.
Hazırda hər iki şəxs Tovuz rayon Mərkəzi Xəstəxanasında müalicə olunur. Həkimlər E.Ələsgərovun vəziyyətinin stabil, A.Məmmədovun isə ağır olduğunu bildiriblər.
Araşdırma aparılır.
Şərhlər