GƏNCƏNİN MALİYYƏ İDARƏSİNƏ YENİ RƏİS TƏYİN OLUNDU
14.09.2018 12:32 Sosreaksiya 738
Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə İdarəsinə yeni rəis təyin olunub
Maliyyə naziri Samir Şərifovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təqdimatına əsasən imzaladığı müvafiq əmrlə bu vəzifəyə Rəşid İsmayıl oğlu Yusifov təyin olunub və o, bu gündən vəzifəsinin icrasına başlayıb.
Bu təyinata qədər R.Yusifov Maliyyə Nazirliyinin Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Gəncə şəhəri üzrə Maliyyə İdarəsinə keçmiş rəisi Natiq Cabbarov bu günlərdə öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Şərhlər