Həbsdən çıxanlara yaşayış yeri veriləcək - Qərar

17.09.2018 16:50     Sosreaksiya     865

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin (Qobustan şəhəri, Dərəkənd yolunun sağ kənarı) Nizamnamə layihəsi təsdiqlənib.

Bu barədə qərar nazirliyin Kollegiyasının iclasında qəbul edilib.

Nizamnaməyə əsasən, Mərkəz penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və daimi yaşayış sahəsi olmayan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, onlar tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması məqsədilə həmin insanlara hüquqi, sosial-psixoloji, sosial-məsləhət yardımı və sosial-məişət xidmətləri göstərəcək, bu müddətdə onları müvəqqəti yaşayış yeri ilə təmin edəcək.(report)

Reaksiya.az

Şərhlər