Otokopter avtomobillər 10 il sonra Rusiya səmalarında uçacaq

10.08.2015 22:51     Sosreaksiya     2686

Rusiyada, Pskov Dövlət Universiteti(PDU) uçan avtomobil istehsal etmək üçün layihə hazırlayır. Layihə digər təyyarə avtomobillərin layihələrindən daha çox fərqli olacaq.

Reaksiya.az saytı “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, uçan avtomobilin qanadları digər qanadlardan fərqli olacaq, avtomobilin gövdəsinin xaricinə keçməyəcək şəkildə 4 ədəd  mühərrikdən meydana gələcək. Hələ nümunəsi yaradılmayan bu avtomobilin pis yollar və Rusiyanın geniş torpaqlara sahib olması ilə bağlı yarana biləcək problemləri anında həll edəcəyi ifadə edilib.

Maşın iki nəfərlik hazırlanıb. 4 metr uzunluğu və 2 metr eni olan təyyarə avtomobilin ağırlığı təxminən bir ton olacaq və 5 pilləli 2 litr həcmli benzin mühərrikindən istifadə ediləcək.

Orta hesabla 200 kilometr sürətə sahib uçan avtomobilin sürəti 500 kilometrə kimi çıxa biləcək.

Şərhlər

Çox oxunanlar