Bakıda ana 3 yaşlı və 10 aylıq qızlarını öldürüb

05.06.2015 12:28     Sosreaksiya     1077

Bakıda övladlarını qətlə yetirən ana intihara cəhd edib.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu Albalılıq yaşayış massivində qeydə alınıb.

 Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Quliyeva  övladları 2012-ci il təvəllüdlü Aydan Asif qızı Məlikzadə və 10 aylıq Ayşənin boğazını kəsərək öldürüb.

 Hadisədən sonra N. Qurbanova intihar məqsədi ilə özünü bıçaqlayıb. Ağır bədən xəsarəti alan N. Qurbanova 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib.

 Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar