Azərbaycan Dövlət Din Tarixi Muzeyi İstiqlal Muzeyinə birləşdirilib

02.10.2018 11:47     Sosreaksiya     799

Nazirlər Kabineti 2014-cü il 17 iyun tarixli ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Büdcədən maliyyəşdirilən qurumlar” bölməsinin “Muzeylər” hissəsinə dəyişiklik edib.

Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Büdcədən maliyyəşdirilən qurumlar” bölməsinin “Muzeylər” hissəsinin 2.6-cı bəndi ləğv edilib. Qərarla Mədəniyyət Nazirliyinin təklifi nəzərə alınaraq, Azərbaycan Dövlət Din Tarixi Muzeyi Azərbaycan İstiqlal Muzeyinə birləşdirilib.

Mədəniyyət Nazirliyi, Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Reaksiya.az

Şərhlər