Bakıda dövlət idarəsində böyük yoxlamalar başladı
02.10.2018 12:50 Sosreaksiya 1025
Bakı Şəhər İcra Hakimiyyətində inventarlaşdırma və yoxlama aparılır.
Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun sərəncamına əsasən, inventarlaşma işlərinin aparılması ilə bağlı komissiya yaradılıb.
Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılacaq.
Şərhlər