Sürücülərin nəzərinə: Bu yolda təmir və rənglənmə işləri aparılacaq

09.10.2018 13:15     Sosreaksiya     840

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-133 km-də qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri, həmçinin yolun 16-30 və 50-65-ci kilometrlik hissələrində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Reaksiya.az-a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

 

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Reaksiya.az

Şərhlər