Cahangir Hacıyev yenidən Kürdəxanı təcridxanasında - 25 illik “srok”

15.10.2018 12:02     Sosreaksiya     843

Sabiq bankir yeni irəli sürülmüş ittihamları rədd edir; Beynəlxalq Bankın keçmiş rəhbərinə niyə “seçki saxtakarlığı” ittihamı verilib və onu hansı cəza gözləyə bilər...

Ötən həftə mediada və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu, heç şübhəsiz ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onun xanımı Zamirə Hacıyeva oldu.

Məlumdur ki, C.Hacıyev yenidən məhkəmə qarşısına çıxmağa hazırlaşır. Onun hələ 2014-cü ildən Bakıdan çıxmış xanımı isə Britaniyada dəyəri 25 milyon funt-sterlinq olan əmlakları məhkəmə tərəfindən əlindən alındıqdan sonra  demək olar ki, dünya mediasının gündəmi olub. Z.Hacıyevanın  kart hesablarında milyonları necə xərcləməsinə hətta aristokrat britaniyalılar da heyrət ediblər. BBC-nin məlumatına görə, Z.Hacıyeva 10 il ərzində Londonun ən məşhur univermağı olan “Harrods”da 16 milyon funt-sterlinq xərcləyib. O, həmçinin univermağın yaxınlığında lüks ev, 42 milyon dollar dəyəri olan “Gulfstream G550" özəl təyyarə alıb.

 Əsas diqqətlər isə həm də onun həbsdəki həyat yoldaşı üzərinə cəmlənməkdədir. Çünki yaxın günlərdə onun və daha 25 nəfərin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakiməsi başlayacaq.   

Ötən həftəsonu Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə baş tutan iclasda müstəntiqin Cahangir Hacıyevin barəsində həbs müddətinin uzadılması barədə təqdimatına baxılıb. Məhkəmə müstəntiqin təqdimatını təmin edib və onun həbsdə saxlanma müddətini 1 aya qədər uzadıb.

C.Hacıyev mühakimə olunması üçün Bakı İstintaq Təcridxanasına etap olunub. Məlumdur ki, söhbət yeni cinayət işinin istintaqından gedir və bu səbəbdən sabiq bankir cəzaçəkmə müəssisəsindən təcridxanaya köçürülməli idi. Yəni 1 aylıq həbs müddəti məhz təcridxanada qalması üçün seçilib. Xatırladaq ki, C.Hacıyev  iki il əvvəl, oktyabrın 14-də 15 il azadlıqdan məhrum edilib. Onun 63 milyon manat cərimə ödəməsi ilə bağlı da qərar verilib. Düz iki il sonra isə sabiq bankir yenidən ağır cinayətlərdə suçlanır.   

Ä°lgili resim    

C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 193-1.3.1-ci (mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 213.2.1-ci (mütəşəkkil dəstə tərəfindən vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 213.2.2-ci (külli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

Aqil Layıc ile ilgili görsel sonucu

C.Hacıyevin vəkili Aqil Layıc “Turan” agentliyinə bildirib ki, hazırda iş materialları ilə tanışlıq prosesi gedir. Vəkil istintaq sirrinə istinad edərək, C.Hacıyevin yeni iş üzrə hansı maddələrlə və hansı epizodlarda ittiham olunduğunu dəqiqləşdirməyib. Bununla belə, o, sabiq bankirin ittihamları təkzib etdiyini qeyd edib.

C.Hacıyevə qarşı irəli sürülmüş 308.1-ci maddəsi xüsusilə diqqət çəkib. Çünki həmin maddədə nəzərdə tutulmuş əməllər seçkinin  və ya referendumun nəticələrinə təsiri nəzərdə tutur. Qeyd edək ki,  bu maddə ilə MTN işinə görə tutulmuş bir neçə vəzifəli şəxsə də ittiham irəli sürülmüşdü.  Məsələn, Akif Çovdarova və onunla birgə tutulan bir neçə yüksək vəzifəli şəxsə, eləcə də  o zaman Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanan  qurumun sabiq aparat rəhbəri Vidadi Zeynalova da qarşı bu ittiham verilmişdi. Cinayət Məcəlləsində bu maddə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Yəni C.Hacıyevin klassik seçki saxtakarlığına yaxından-uzaqdan heç bir əlaqəsi yox.

Bəs, ittihamlar sübut edilərsə, C.Hacıyevi hansı cəza gözləyə bilər? Belə güman etmək olar ki, C.Hacıyevə daha 10 il həbs cəzası kəsilə bilər ki, bu üst-üstə 25 il həbs deməkdir...  

Reaksiya.az

Şərhlər