Ermənistan Qarabağdan Füzuliyə üçüncü yolu çəkir

18.10.2018 12:14     Sosreaksiya     884

Bu həftənin bazar ertəsi Qarabağda Ermənistanla işğal altındakı Azərbaycan ərazilərini birləşdirən arasında üçüncü yolun tikintisinə dair müzakirələr keçirilib. Bu yol Araz çayı boyunca, yəni, Zəngilan, Cəbrayıl və Füzulidən keçməlidir.

Ermənistan KİV-in məlumatına görə, layihənin reallaşması ilə "Arsax Ruts İnvestment" (ARİ) investisiya şirkəti məşğul olacaq. Bundan əlavə, şirkət Laçın rayonunda 20, Kəlbəcərdə 50 mənzil inşa edəcək. 

Mənbənin məlumatına görə, ARİ-nin arxasında avstraliyalı ermənilər durur. Bununla ermənilər bildirmək istəyirlər ki, Qarabağ ətrafındakı rayonları azad etmək niyyətində deyillər.

Xatırladaq ki, hazırda Ermənistanla Qarabağı Laçın və Kəlbəcər yolu birləşdirir. Layihə müzakirə edilən gün Ermənistan prezidenti Armen Sarkisyan da Qarabağa gəlib.

Bundan əvvəl ABŞ-ın İrəvandakı səfiri missiyasını başa vurmaqda olan Riçard Millz bildirmişdi ki, Ermənistanda Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün işğal edilmiş ərazilərin bir hissəsinin qaytarılması barədə heç düşünən də yoxdur. Hansı ki, diplomata görə istənilən nizamlama variantında ərazilərin bir hissəsinin qaytarılması qaçılmazdır, ermənilər isə bu kompromisi yaxına buraxmaq istəmirlər.(Virtualaz.org)

 
 

Şərhlər