Qısqanc ata xilasedicilərə əngəl törədib, qızının ölümünə səbəb oldu

11.08.2015 05:21     Sosreaksiya     1860

Dubayda bir nəfər şəxs xilasedicilər qızına toxunmasın deyə qızının dənizdə boğulmasına göz yumub. 
 
Reaksiya.az xəbər verir ki, bu barədə “Emirates 24/7” saytına açıqlamasında  Dubay Polisi Axtarış Qurtarma Departamentinin zabiti Əhməd Burqibah bildirib. 
 
Polis zabiti həmin qandonduran hadisəni belə şərh edib: "Bir immiqrant sahildə həyat yoldaşı və uşaqları ilə birlikdə idi. Uşaqlar dənizdə üzmək istədilər. Aralarında həmin 20 yaşlı gənc qız da var idi. Lakin gənc qız axıntıya qapıldı və çırpınmağa başladı. Qışqırıqları eşidən iki xilasedici köməyə qaçdı. Həmin əsnada qızın atası, kənar şəxslərin qızına toxunmasına icazə verməyəcəyini söyləyərək, xilasedicilərə şiddətlə əngəl törətdi. Xarici bir kişinin toxunmasındansa, qızının ölməsini üstün tutduğunu söylədi".
 
Polis zabiti bunun kariyerasındakı ən narahatedici hadisələrdən biri olduğunu da söyləyib.
 
Həmin şəxsin uzunboylu və çox güclü olduğunu söyləyən Ə.Burqibah iki xilasedicinin nəhayət ki, dənizə girib, qızı sudan çıxartdığını, lakin talesiz qızın artıq öldüyünü bildirib. Dubay polisi Asiya ölkələrinin birinin vətəndaşı olduğu bildirilən qəddar atanı həbs edib.

 

Şərhlər

Çox oxunanlar