Sürüşmə zonasında gərginlik - Qaya parçaları hərəkət edir

19.10.2018 12:35     Sosreaksiya     789

Sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsinin üst hissəsində torpaq süxurlarının və xırda qaya parçalarının hərəkəti müşahidə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sonrakı saatlarda bu prosesin davam edəcəyi gözlənilir.

Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində nisbi artım qeydə alınıb.

Reaksiya.az

Şərhlər