"Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifov Türkiyədə yenidən saxlanıldı

23.10.2018 11:54     Sosreaksiya     732

Türkiyənin Miqrasiya xidməti Azərbaycanın məşhur kriminal avtoriteti Nadir Səlifovu (Lotu Quli) yenidən saxlayıb.

Virtualaz.org Lotu Qulinin qohumlarına istinadən bildirir ki, saxlanılmanın səbəbi açıqlanmır. Ancaq etibarlı mənbələrin məlumatına görə, Türkiyə tərəfi kriminal avtoritetin deportasiyası imkanlarına baxır. Xatırladaq ki, Türkiyə məhkəməsi N.Səlifovun azad olunması haqda cəmisi bir neçə gün əvvəl qərar qəbul etmişdi...

Son informasiyaya görə, N.Səlifov Bolqarıstanla sərhəddəki Miqrasiya xidmətinin izolyatorlarından birində saxlanılır. Ankara onun Rusiyaya və ya Azərbaycana deportasiyası imkanına baxır.

Musavat.com xəbər verir ki, bu ayın əvvəlində İstanbulda saxlanılan Səlifov oktyabrın 18-də azadlığa buraxılmışdı. 

Onun Rusiya tərəfinin şikayəti əsasında saxlanıldığı bildirilirdi.

Səlifov 22,5 il həb həyatında sonra ötən ilin oktyabrında azadlığa buraxılıb.

Reaksiya.az

Şərhlər