Qusarda aşağı keyfiyyətli unu “əla növ” adı ilə qablaşdırıb satan sahibkar saxlanılıb

26.10.2018 16:11     Sosreaksiya     752

Oktyabrın 22-də Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki yerləşən ərzaq mağazalarının birində aşağı keyfiyyətli un məmulatlarını “əla növ” adı ilə yenidən qablaşdırıb satmaqla istehlakçıların hüquqlarını pozmaqda şübhəli bilinən şəhər sakini Radik Məhsimov saxlanılıb.

Bu barədə DİN Mətbuat Xidmətinin Quba rayonundakı Regional qrupundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, adıçəkilən şəxs sahibi olduğu anbarda bu işi təkbaşına görməyib, kisələrin təkrarən doldurulmasını obyektində fəhlə kimi işləyən Asim Əmirova tapşırıb.

Hal şahidlərinin iştirakı ilə R.Məhsimova məxsus anbara keçirilən baxış zamanı oradan satış üçün nəzərdə tutulmuş, “əla növ” adıyla qablaşdırılmış 13 kisə un, xeyli sadla boş kisələr və tikiş üçün istifadə olunan avadanlıq aşkar edilib. Bundan əlavə, R.Məhsimova məxsus yük avtomobilinə baxış zamanı ərzaq mağazasına aparılacaq un məmulatları arasında haqqında bəhs olunan 5 kisə “əla növ" un aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar RPŞ-nin Təhqiqat Qrupunda araşdırma aparılır və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. (Report)

Şərhlər