Astarxandakı diaspora sədri ilə bağlı dövlətə müraciət olundu - VİDEO
28.10.2018 11:45 Sosreaksiya 1821
Dünən ReaksiyaTV-nin efirində "Qarabağ Azərbaycanındır deyən ailə 33 gün həbs olundu" başlıqlı müsahibə yayımlanıb. Müsahibədə Rusiyanın Astarxan şəhərindən deportasiya edilən ailənin 9 yaşlı uşağı Mehdi Həsənov qeyd edib ki, həbsdə olarkən oradaki diaspora sədri Vahid Rəhimov onların yanına gələrək: "Ermənilərlə qohumuq, qardaşıq. Sən niyə onlara qarşı belə ifadələr səsləndirirsən?" deyib. Bu məsələ ilə bağlı jurnalist Zaur Qəriboğlu axşam "Bizim Reaksiya" verilişində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna bu diaspora sədrinin fəaliyyətinin araşdırılması ilə bağlı müraciət ünvanlayib. Hər iki video-reportajı sizlərə təqdim edirik.
Şərhlər