Harda yaşamasından asılı olmayaraq ürək vətən üçün döyünməlidi
16.11.2018 13:33 Sosreaksiya 790
Tanış - biliş arasında iş tapmasam Almaniyaya gedəcəm sözlərini tez-tez eşidirik. Avropa ölkələri içərisində hər zaman öz populyarlığı ilə seçilib bu ölkə, maraq dairəsində olub.
Niyə Məhz Almaniya?? Nədi bu ölkəni başqa ölkələrdən üstün edən?
Almaniyanı heç zaman sevməmişəm. Almaniya bir faşıst ölkəsidi mənə görə. Ətrafımda olan insanlar bu ölkə haqqında nə qədər yüksək fikirdə olsalar da mən bu ölkəni bir faşist ölkəsi kimi qəbullanmışam. Bu qismən də olsa sovet dönəminin təsirini görmüş olmağımdan irəli gəlir yəqin ki. Bəlkə də Sovet filmlərinin məndə qoyduğu iz belə olub. Bu fikrimi illərdi insanların üz tutduğu humanist Almaniyanın yaşam tərzi haqqında dedikləri dədəyişə bilməyib bu günə qədər. Hətta deyərdim ki, Ermənistanın törətdiyi qatı cinayətlər, ağlasığmaz vəhşiliklər belə bu ölkə haqqında fikrimi dəyişə bilmədi. Bu mənim fikrimdi. Amma ətrafımda olan dostlar, tanışlar hər zaman bu ölkə haqqında yüksək fikirdə olublar. Almaniyanın şəninə eşitsiyim təriflər hər zaman məni təəccübləndirib, günü bu gün də. Hər zaman dostlarla tanışlarla, danışanda; Niyə məhz Almaniya?- sualıma cavab axtarmışam.
Tələbəlik həyatinin mənə qazandırdığı, bu gün Almaniyada yaşayan bir dostumla söhbətdə bu ölkə haqqında aldığım məlumatlar axtardığım sualın cavabını qısmən də olsa mənim üçün aydınlatdı.
Bildiyimiz kimi, Almaniya Avropanın ən güclü iqtisadiyyata malik, həm də ən sosial ölkəsidir. Almaniyaya Azərbaycandan axın iki istiqamətdədir.
1-Siyasi Miqrantlar.
2-Əmək mühacirləri.
Siyasi mühacirlərin demək olar ki, yarıdan çoxu həqiqətə uyğun olmayan siyasi mühacirlərdir. O şəxs ki, vətənində siyasi baxışlarına , fikirlərinə fəaliyyətinə görə təqib olunur, həyatı ücün təhlükə var, o şəxslər siyasi mühacir sayılır və alman hökuməti tərəfindən siyasi mühacir kimi status alır. Siyasi mühacir statusu alan şəxs vətəninə qayıda bilməz. Çünki onu vətənində həyati təhlükə gözləyir. Əgər bir neçə günlük gələrsə belə siyasi mühacir statusundan azad edilir ve Almaniyada yaşama izninə xitam verilir. (Oturumu ləğv edilir)1 il ərzində Almaniyaya gələn azərbaycanlıların (mühacir kimi bu təqribən 3000-3500 nəfər təşkil edir)ən cox halda 5-8 % -i Almaniyada müvəqqəti yaşamaq hüququ alir.Bir də Almaniyaya gələn azərbayacanlıların 2-3%-i xəstəliyə görə gələnlərdi. Cünki mühacirət edən şəxs Almaniyaya gələn kimi ilk növbədə tibbi müayinədən keçirilir. Xəstəliyi olan şəxs mütləq müalicə olunur. Bir şəxsə BMT-nın Qacqinlar üzre Ali Komisarlığının təyin etdiyi miqdar 250000 avrodur. Azərbaycanda FHN-işləyib iş zamani dağlıq ərazidə vertolyotdan tullanan zaman çanaq sümuyündən zədə alan azərbaycanlı tanıyırdım burda. Azərbaycanda onu müalicə etmədilər. O da Almaniyaya gəlmisdi. Onun çanaq sümüyunü kəsib ora platin oynaq yerləşdirdilər.Əməliyyatin qiyməti 80000 avro idi. Mühacir olduğuna görə bu onun ücün pulsuz edildi. Xeyli sayda hepatit xəstələri de gəlir bura. Ona görə mühacir kimi məhz Almaniyanı seçir Azərbaycan vətəndaşları.
Bunları danışdıqca səhiyyəmizdə olan boşluqlar insanlarımızın niyə müalicə üçün xarici seçdiklərini xatırladım. Həqiqətən də çox böyük əziyyətlərlə rastlaşır insanlarımız səhiyyə sahəsində. Həkimlərimizin qeyri peşəkarlığı ilə yanaşı baş alıb gedən rüşvətxorluqdan nə qədər də danışsaq da, desək də heç bir nəticə əldə olunmayıb bu günə qədər. Yenə də eyni problemlər...Və bu da bir çox hallarda məhz bu cür, öz sağlamlıqlarını düşünmək məcburiyyətində qaldıqları üçün bir başqa ölkəni seçməyə, öz ölkələrindən imtina etməyə məcbur buraxır insanlarımızı.
Almaniyadakı yaşayışla bağlı danışdıqca iki ölkə arasında çox böyük fərqlər olduğunu görməmək mümkün deyil. Orda insanlar rahat , qorxusuz yaşayir. Polis onların qoruyucusudur. Hər kəs polisə güvənir və bilir ki, hər hansı təhlükə olarsa onu qoruyan polisi var. Məhkəmələr ədalətlidir və insanlar tez-tez məhkəməyə muraciət edir.
Almaniyada bütün əməliyyatlar poct (məktub)vasitəsilə olur. Elə gün yoxdurki sənə məktub gəlməsin. Çox dəqiq millətdilər.
Harasa getmək istəsən mütləq termin götürməlisən.( bunun nə olduğunu başa düşməyəcəyimi bildiyi üçün geniş açıqlama ilə başa salmağa çalışdı)termin nədir? – Məsələn mənə həkimə getmək lazimdır. Zəng vururam həkimə. Həkim mənə vaxt təyin edir ki, məsələn sabah saat 11:45 –də gəl. Xatirladim ki, hər kəsin ev həkimi var. Bu vacibdir. Sən mütləq sabah 11:45 də həkimin yanında olmalısan. 5 dəqiqə gec getsən termin ləğv olunur.Amma əvvəlcədən zəng vurub terminin vaxtını dəyişmək olur. Termin görüş anlamına gəlir. Yəni dəqiqlikdə bu xalqa çatan olmaz.
Bütün bayram günlərində hər kəs milli geyim geyinib uşaqlı- böyüklü küçələrdə bayramı qeyd edirler.
Insanlar velosipeddən həddindən çox istifadə edillər. Hətta 80 yaşlı qoca qadın və kişilər də. Uşaqlar səhər məktəbə əksəriyyət velosipedlə gedir.
İldə bir dəfə insanlar lazımsız əşyalarını aparıb məktəblərə təhvil verillər. Bir gün reyin edilir və həmin gün haqqında məlumat verilir. Təyin olunan gün gedib ordan ehtiyacın olan əşyanı götürə bilərsən. Qab- qacaq, televizor, kompyuter, maqnitofon, fen, sumka, rolik, uşaq oyuncaqları, ağlıina nə geəlirsə orda olur. Mədəni formada hər kəs gedib lazim olan əşyanı götürür.
Almaniyada sosial mərkəzlər var ki, burda yaşayış səviyyəsi bir az aşağı olan şəxslər ora qeydiyyata düşür. Supermarketlərdə saxlama müddətinə az qalmış məhsullar məsələn istifadə müddətinin bitməyinə az qalmış məhsulları supermarketlər həmin sosial mərkəzlərə verirlər. Həftdə bir gün həmin mərkəz açıq olur. İnsanlar 2 avro ödəməklə bir həftəlik ərzaq götürə bilərlər.
Bunun bir anlıq bizdə olduğunu düşündükdə vahimələndim deyə bilərəm. Təsəvvürümdə canlandırdığım mənzərədən fikrimi yayındıramağa çalışdım. Bu demək deyil ki, biz mədəniyyətsiz və acıgöz xalqıq, əsla. Sadəcə biz bunlara hazır deyilik.
Işsizlər dövlətdən 400 Avro pul alır. Evi yoxdursa sosial evlə təmin olunur. Yaşlı xəstə damlar dövlət tərəfindən nəzarətə götürülür və onlara dövlət tərəfindən xüsusi baxıcılar ayrılı. Xatirladım ki, Almaniyada belə işcilərə ehtiyac var. Hal-hazirda 50000 belə işçiyə ehtiyac var.
Əlbəttə ki, bu Almaniyanın görünən bilinən tərəfidi. Bu o demək deyil ki, bu ölkədə hər şey əladı və heç bir problem olmur.Yetəricə xəbərlər alırıq, bilirik insanarın orda üzləşdiyi çətinliklərlə. Lakin ümid edirik ki, ölkəmizdə yaşayış səviyyəsi Almaniyadan da üstün olsun və BİZ öz ölkəmizi Avropaya çevirə bilək. Əlbəttə ki, buna zaman lazımdı. Hər şeydən əvvəl isə vətənini, millətini sevmək lazımdı. Bu gün xaricdə gözəl yaşamaq olar amma unutmaq olmaz ki, bu torpaq onun vətəni deyil. Vətən, millət anlayışı hər zaman qəlblərdə öz yerini tutmalı, yaşadığın məkandan asılı olmayaraq ürəyin bu Vətən üçün döyünməlidi. Bu gün orda yaşayan insanlarımız qazanc qazanmaqla yanaşı, bu vətəni də düşünməli, bacardıqca Azərbaycanı, Azərbaycan reallığını dünyaya tanıtdırmalıdırlar. Qarabağ boyda dərdi olan bir xalqın nümayənsədi xaricdə daha fəal olmalı, yaşadığımız bu acı fəlakəti oranın insanlarlna çatdırmalıdırlar. Bunun üçün əllərindən gələni etməlidirlər. Düşmənə qalib gəlməyin birinci şərti bir olmaq, birgə mübarizə aparmaqdan ibarətdir. Harda yaşamağındandan asılı olmayaraq.
Rəsmiyyə Allahverdiyeva
Şərhlər